Həsən Ruhani İran qadınlarının geyimi ilə bağlı inqilab etmək istəyir? - Millət vəkilindən AÇIQLAMA 

Həsən Ruhani İran qadınlarının geyimi ilə bağlı inqilab etmək istəyir? – Millət vəkilindən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Son zamanlar İran prezidenti Həsən Ruhaninin ölkə qadınlarının geyimləri ilə bağlı müəmmalı addımları ağıllarda sual işarəsi yaratmağa başlayıb.

Son olaraq Ruhaninin məşhur İran alimi Məryəm Mirzəxaninin başı açıq şəklini şəxsi hesabından paylaşması bir qədər də insanları düşündürməyə başlayıb.

iran-cumhurbaskani-ruhaniden-tartisilan-paylasim-_3967_dhaphoto3.jpg (1147×804)

Bu İran prezidentinin bu qəbildən olan ilk və tək addımı deyil. Əvvəllər də öz şəxsi avtomobillərində başı açıq getmək istəyən qadınların fikirlərini dəstəkləyəcək ifadələr səsləndirmişdi. Və polis əməkdaşlarına insanların əxlaqını qorumaq sizin işiniz deyil deyib, həddlərini bildirmişdi və s.

Bütün bunlar kifayətdir ki, Həsən Ruhaninin İran qadınlarının geyimi ilə bağlı düşüncələrini anlayasan. Bəs, Ruhani bu mövzuda hər hansı bir inqilab edə biləcəkmi?

s-b3d3a9a959f91a017b9a6d11917880599b82fbb0.jpg (500×329)

Millət Vəkili Fazil Mustafa A24.Az-a müsahibəsində bildirib ki, Həsən Ruhaninin belə bir inqilab etməsi inandırıcı görünmür.

“Həsən Ruhani elə bir sistemdən gəlib ki, hətta fikirləşsə belə onu tətbiq etmək imkanı yoxdur. Sadəcə İran cəmiyyətini ona alışdırmağa çalışır ki, bu vəhşi anlayışları yığışdırmaq lazımdır. Bunun İslam dini ilə bir əlaqəsi yoxdur. Müasir dövrün qadını istənilən formada geyinib-keçinə bilər. Və bu heç bir əxlaq qaydalarına zidd deyil”.

Fazil Mustafa əlavə edib ki, Ruhani yalnız qaydaların yüngülləşdirilməsinə nail ola bilər.

1496058015.jpg (660×374)

“Həm də İran anlayır ki, müasir dünyadan bu qədər geri qalmaq olmaz. Müəyyən məsələlərdə güzəşt etməyə məhkumdur. Amma bir yeniləşmə hərəkatı kimi bir məsələyə baxıla bilməz. Çünki İranda mühafizəkar bir sistem var. Həsən Ruhaninin belə bir inqilaba bulaşması mümkün deyil”.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Din, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar