Həyat yoldaşının gözü qarşısında bıçaqlandı

Həyat yoldaşının gözü qarşısında bıçaqlandı
Want create site? Find Free WordPress Themes and plugins.
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“A24.az” məlumat verir ki, hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qızının ad gününə hazırlaşan Göytəpə  şəhər sakini, 38 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə mağazadan bazarlıq edib evə qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Yaxınlarının köməyi ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan M. Mürsəlova ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, faktla bağlı hələlik heç kim saxlanmasa da, M. Mürsəlova xəsarət yetirmiş şəxslərin kimliyi artıq məlumdur.

Onların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal

Müzakirə

A24.Az