Həyatını kişi ilə dəyişmək, xoşbəxtlik axtarmaq... - Qadınların evdən qaçma səbəbləri

Həyatını kişi ilə dəyişmək, xoşbəxtlik axtarmaq… – Qadınların evdən qaçma səbəbləri
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlərdə qadınların yad insanlara qoşulub ölkəni tərk etməsi,  gəlinlərin övladlarını atıb itkin düşməsi,  qızların evdən qaçması haqda xəbərləri tez-tez eşidirik.

Bütün bunlar regionlarda vəziyyətin heç də yaxşı olmadığı haqda  həyəcan siqnalı verir.  Qadınları kənddən, ev-eşiyindən didərgin salan nələrdir?

Axı normal düşüncəli heç bir insan isti yuvasını qoyub bilmədiyi həyata can atmaz. Xüsusilə regionlardan qaçan qızların sayı artmaqdadır. Şəhər həyətını düşüncəsiz şəkildə dəbdəbəli qəbul edənlər başlarına gələcəklərin fərqindədirlərmi?

Zorakılıq, məcburi nikah,  xoşbəxt həyat axtarışı…

Məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə də müzakirə etdik.

Mehriban xanım A24.Az-a açıqlamasında bildirdi ki, qadınların evdən qaçmağının əsas səbəbi qadına qarşı zorakılıq hallarının çox olması və onların  məcburi nikaha cəlb edilməsidir.

“Əvvəllər 5-10 min qadından biri qoşulub qaçardı. Hazırda belə halların sayı artıb.  Qadınlar özünü realizə etmək, xoşbəxtlik axtarmaq üçün qaçırlar. Həyatını  kişi ilə dəyişmək istəmək, kişiyə söykənərək yaşamağı  düşünən insanlar ailədən qaçmağa üstünlük verirlər. Bir şeyi başa düşməlidirlər ki, kişi heç də həmişə insana, dayaq dəstək olmur. Əl-əxsus da başqasının arvadını götürüb qaçan kişi  çox az halda qadına dəstəyi axıracan göstərə bilər. O yükü daşımaq, adamın taleyinə məsuliyyətlə yanaşmaq  hər kəsin gücü daxilində deyil”.

Mehriban qadınlara tövsiyə edir ki, yalnız özlərinə güvənsinlər. “Sığınacaqda elə qadınlar var ki, 2-3 dəfə ailə qurublar, heç birində alınmayıb. Əziyyəti isə uşaqlar çəkib. Regiondan qaçaraq şəhərdə yaşamağa üz tutan insanları fakt qarşısında qoymaq lazımdır. Bir insanın şəhərdə yaşaması üçün nə qədər xərc tələb olunur? Qadınlar zəhmətdən qaçmamalıdır. Şəhərdə aldatmalar, güvənmə problemi daha çoxdur. Kənd əhalisi daha sadədir, etibarlıdır”.

Günahkar ailə mühitləri

Mehriban xanımın fikrincə,  qadınların kor-koranə bilmədiyi həyata atılmağının əsas günahkarlarından biri də ailə mühitidir. “Qadın seçim etməyi bacarmalıdırlar. Ailədə tərbiyə məsələsi də önəmlidir. Bizdə hələ də ənənəvi bir  xarakter var, qızı bütün informasiyalardan yayındırırlar. Təhsili olmayanlar tələyə tez düşür. Ailədə uşağın tərbiyəsi ilə bağlı strategiya dəyişməli, qız uşaqları məlumatlı olmalıdır”.

Psixoloq Könül Cəfərova A24.Az-a açıqlama verərkən qeyd etdi ki,  ümumilikdə insanın müəyyən dövrləri olur ki,   seçim qarşısında qalır və nəyi, necə seçəcəyini bilmir.

Картинки по запросу psixoloq Könül Cəfərova

“Sağlam düşüncəyə malik insanlar sağlam həyat qura bilirlər. Qadınların bəziləri düşdükləri durumdan  qaçıb başqa yerdə daha gözəl həyat yaşamağı fikirləşir.  İnsanların öz hüquqlarını dar çərçivədə bilməsi,  yanaşmasında düşüncənin dar olması onları yalnış istiqamətlərə yönləndirir”.

Ətrafın fikirləri övladları bədbəxt edir

Psixoloqun fikrincə, insanlar informasiya qıtlığından tələyə tez düşürlər.  “Hazırki vəziyyətlərini düzəltmək əvəzinə başqa mühitdə xoşbəxtlik axtarışına çıxırlar.  Bir məsələ var ki,  insan mühitini özü dəyişir.   İnsan həyatını özü  dəyişir. Sağlam düşünməlisən ki,  həyatını sağlam formalaşdıra biləsən.  Valideyn uşağı  zorakılılıqla ailə qurmağa məcbur edirsə,  basdırılmış  hiss və arzular bir gün oyanır. Uşaq yıxıla-yıxıla durmağı öyrənir. İnsanın həyatında  valideynin, ətrafın təsiri böyükdür.   Bizdə insanlar ətrafın  fikirləri ilə yaşayır.  Bu da övladların bədbəxtçiliyinə səbəb olur”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar