Heydər Əliyev Fondu Gürcüstana maşın hədiyyə etdi - FOTO

Heydər Əliyev Fondu Gürcüstana maşın hədiyyə etdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.

“A24.az” xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər.

Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub.

Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir.

F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Sağlamlıq, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar