Heydər Əliyev Mərkəzinin mərhum memarından dünyaya miras qalan 10 şahanə əl işi - FOTOLAR

Heydər Əliyev Mərkəzinin mərhum memarından dünyaya miras qalan 10 şahanə əl işi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyaca məşhur İraq əsilli ingilis memar Zaha Hədid ötən il keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

31 Mart 2016-cı ildə Mayamidə vəfat edən məşhur memar özündən sonraya şahanə əsərlər saxladı.

A24.Az həmin memarlıq incilərini təqdim edir:

1. Vitra Yanğından Mühafizə Mərkəzi – Almaniya. Bu Zahanın ilk əl işidir. 

2. Faeno Elm Mərkəzi – Hədid Almaniyanın Volfsburq şəhərində inşa etdiyi bu adi görünüşlü tikilidə kosmosun operatik gücünün hissedilə biləcəyini düşünürdü.

3. Çadır Körpü – Ebro çayının üzərində olan bu körpü 280 metr uzunluğundadır. Körpü piyada yolu üzərinə qurulmuş sərgi guşələrindən ibarətdir.


4. Evelyn Akademiyası – Londonda olan bir məktəbə aid binanın xərci 36 milyon sterlinqdir. Binanın içindən keçən tuneldə qaçış meydançası var.


5. Quançjoy Opera Binası  Çinin Quançjoyun opera binası da Hədid tərəfindən dizayn edilib.
6. Şeyx Zayed Körpüsü – 842 metrlik maraqlı dizayna malik körpü Birləşmiş Ərəb Əmrliklərinin Əbu-Dabi şəhərindədir.

7. Riversayd Muzeyi – Memarın Britanyada ilk böyük işi kimi qeydə alınan bu muzey Şotlandiyanın paytaxtı Qlazqodadır.


8. London Su İdman Oyunları Mərkəzi – London 2012 Olimpiya Oyunlarında su idman oyunlarına ev sahibliyi edən bu mərkəzin həm dizayn, həm də funksiya baxımdan analoqu yoxdur. 

9. Heydər Əliyev Mərkəzi  Müasir Azərbaycan tarixində danılmaz şəxsiyyətlərdən olan eks-prezident Heydər Əliyevin şərəfinə ucaldılmış tikili 2014 London Dizayn Muzeyi Mükafatlarında ən yaxşı dizayn mükafatını alıb.

10. Galaxy Soho – Ofislər, iş, əyləncə mərkəzlərinin yerləşdiyi bu binaya çinlilər Çin memarlığına zərbə vurduğunu deyərək uzun müddət etiraz edib.

Zaha Hədidin daha fərqli layihələri varmış, lakin ömür vəfa etmədiyindən onları özü ilə apardı…

Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Reportaj, Foto xəbər, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar