Hindistan Yəməndəki səfirliyini bağladı

Hindistan Yəməndəki səfirliyini bağlayıb.

“A24.az” “report”a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Suşma Svarac bildirib.

Onun sözlərinə görə, Hindistanın qiyamçıların nəzarəti altında olan ərazilərdən öz vətəndaşlarını təxliyə etmək imkanı yoxdur.

“Bu ilin aprelində Yəməndən 4,7 min hindistanlı, həmçinin 2,5 mindən çox xarici ölkə vətəndaşı təxliyə etmişik. İndi müharibə gedən ölkədə səfriliyimizi bağlamaq məcburiyətindəyik. Biz artıq orada qalan vətəndaşlarımızı təxliyə edə bilmirik”, – deyə o, “twitter” səhifəsində yazıb.

S.Svarac bu açıqlamanı Yəmənin şimal-qərbində yerləşən Hadca şəhərində uşaqları ilə birlikdə çıxılmaz vəziyyətdə qalan Hindistan vətəndaşlarının yardımla bağlı müraciətlərinə cavab olaraq verib. Bu şəhər Yəmənin paytaxtı Sanadan 127 km şimal-qərbdə yerləşir.

Nazir daha sonra yazıb: “Hindistan hökuməti dəfələrlə həmvətənlərini Yəməndən çıxmağa çağırıb. Ancaq onlar təxliyə olunma imkanlarından heç də həmişə istifadə etməyiblər. Bundan başqa, təxliyə edilənlərin bəziləri təhlükənin sovşduğunu düşünərək, bir müddət sonra yenidən Yəmənə qayıdıblar” .

Xatırladaq ki, Hindistan son illər vətəndaşlarını Ukrayna, İraq və Liviyadan təxliyə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR