Hokinq robotlarla bağlı xəbərdarlıq etdi: "İnsanları məhv edəcək"

Hokinq robotlarla bağlı xəbərdarlıq etdi: “İnsanları məhv edəcək”
Want create site? Find Free WordPress Themes and plugins.

Britaniyalı fizik Stiven Hokinq robotlarla bağlı yeni bəyanat səsləndirib. O, iddia edib ki, süni intellekt insanları məhv edəcək.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, 75 yaşlı alim süni intellektin inkişafının bəşəriyyətin taleyi üçün zərbə olacağını qeyd edərək “robot və kompüterlərin çox inkişaf etməsi bir vaxtdan sonra insanları təhdid edən bir yerə gələcək. Əgər insanlar kompüter virusu hazırlayarlarsa, süni intellekt bunu inkişaf etdirərək aradan qaldıra bilər” deyib.

Hokinq “Texnoloji avadanlıqlar bir müddətdən sonra insanlardan daha aktiv olacaq və dünyanı idarə edə biləcək bir hala çevriləcəklər. İnsanlar təcili şəkildə toplum şəklində yaşaya biləcəyi bir planet tapmalı və orda yaşamalıdır. Çünki artıq geri qayıda bilməyəcəyimiz bir nöqtəyədəyə gəldik. Dünya əhalisi həyəcan təbili çalaraq artır, amma dünya isə çox balacadır. Artıq bizi məhv etmək dərəcəsinə gəlib” kimi ifadələr işlədib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar