Hökumət hərəkətə keçdi – Bu dərman ancaq reseptlə satılacaq

Tibbi spirt tərkibi olan preparatlar, o cümlədən valokordin və yemişan bundan sonra apteklərdə ancaq resept əsasında satılacaq.

 A24.Az xəbər verir ki, bunu Rusiya hökuməti sədrinin müavini Aleksandr Xloponin bildirib.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində spirt tərkibli saxta “Boyarışnık” (yemişan) içkisindən kütləvi zəhərlənmə baş verib. İndiyədək zəhərlənmədən 71 nəfər ölüb. Konsentratdan ümumilikdə 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR