Hollandiyadan müsəlman qadınlara çarşab qadağası

Hollandiyadan müsəlman qadınlara çarşab qadağası
Want create site? Find Free WordPress Themes and plugins.

Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub.

“A24.az” xəbər verir ki, söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir.

Qanuna əsasən, “ictimai yer” termini olaraq nəqliyyat, məktəblər, xəstəxanalar və hökumət qurumlarının binaları göstərilir. Qanunu pozanlar üçün 400 avro cərimə nəzərdə tutulur.

Anti-İslamik partiya kimi tanınan Azadlıq Partiyası, qanunun qəbul olunmasını əhəmiyyətli hadisə adlandırır. Həmin partiyanın nümayəndəsi olan senator Marcolen Faber bildirib ki, “bu, tarixi bir gündür, ölkənin islamlaşma prosesindən azad olunması istiqamətində atılan ilk addımdır. Növbəti addım Hollandiyadakı bütün məscidlərin bağlanmasıdır.”

Buna bənzər qanunlar bir çox Avropa ölkəsində, xüsusilə Fransa, Belçika, Danimarka və Avstriyada tətbiq olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar