Homoseksual olan məşhur Sovet artistləri - SİYAHI - FOTOLAR

Homoseksual olan məşhur Sovet artistləri – SİYAHI – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Məlum olduğu kimi SSRİ-də seks yox idi. İnsanların Və adamların öz seksual oriyentasiyalarını müzakirə eləmələri isə təkcə ədəbsizlik sayılmırdı, həm də təhlükəli idi. Homoseksualizmə görə 1934-cü ildən SSRİ-də cinayət maddəsi qüvvəyə minmişdi. Bütün bu qadağalara baxmayaraq SSRİ-də homoseksualizm əlbəttə ki, var idi, sənət adamları arasında da homoseksual olanları çox idi.  Sovet kinematoqrafiyası, teatr və musiqisi xadimləri arasında da homoseksual olanlar var idi. Onların çoxu öz cinsi meyllərini gizlətsələr də bunu açıq şəkildə etiraf edənlər də olurdu.

Siyahını təqdim edirik.

Faina Ranevskaya

Bu böyük aktisanın həyatı haqqında şayiələr indi də ara vermir. Bəziləri iddia edirlər ki, Faina Georgievna kişilərdən çox qadınlara meyilli idi. Və bu iddialarını aktrisanın məşhur fikrini misal çəkərək sübut etmək istəyirlər: “Lesbianlıq, homoseksualizm, mazoxizm, sadizm pozğunluq deyil. Əslinə baxsan pozğunluq iki cürdür: ot üstündə xokkey və buz üstündə balet!”

Georgiy Miller

“Bizim sinematoqrafın ən şeytan adamı” – aktyor özünü belə adlandırırdı. Adamayovuşmazlığına görə onu təkcə kolleqaları deyil, qonşuları da ən ağır günahlarla suçlayırdılar. Evli olmadığına görə Millerin cinsi oriyentasiyası haqqında müxtəlif şayiələr gəzirdi. Halbuki Georgiy Franseviç homoseksual olmağını heç vaxt açıq şəkildə etiraf etməmişdi.

Yuri Boqatıryov

“Yadlar arasında doğma, doğmalar arasında yad” – Sovet yaşamının gerçəklikləri çərçivəsində bu gözəl aktyorun həyatını bu cür xaraktrizə etmək olar. Yuriy Georgeviç bu fərqli xüsusiyyəti ilə barışa bilmirdi. Homoseksuallığını danmaq məcburiyyəti onda ağır depressiya yaratmışdı. Nəticədə Yuri Boqatıryov alkoqolizmə yuvarlanaraq həyatdan erkən köçdü.

Rudolf Nuriyev

Dünya şöhrətinə baxmayaraq vətənində Nuriyevi bir şey gözləyirdi, əmlakı müsadirə olunmaqla həbs. Buna görə də onun Paris aeroportunda “azadlığa atılmağı” daha çox məcburi addım sayılırdı – vətənə qayıtsaydı həbs olunacaqdı. Deyilənə görə Rudolf Xametoviçin olduqca qəribə xasiyyəti varmış. Misal üçün adamlarla görüşəndə bərkdən – marçıltıyla – öpər sonra deyərmiş ki, bu, qədim rus adət-ənənəsidir.

Yuliya Lemiqova

Sonuncu “Miss SSRİ” artıq neçə illərdir ki, ABŞ-da yaşayır. Model 2000-ci illərdə məşhur tennisçi Martina Navratilova ilə görüşürdü. 2014-cü ildə, ABŞ çempionatının açılışından sonra Navratilova sevgilisinə evlilik təklif etdi və cütlük bir neçə ay sonra Nyu-Yorkda nikaha girdi.

Serget Paracanov

 

Məşhur rejissor biseksual olduğunu açıq şəkildə etiraf edirdi. İki dəfə evlənsə də kişilərlə də münasibətə də meyl göstərirdi. 1974-cü ildə Sergey Paracanov homoseksuallığa görə həbs edildi. Həbsxanada keçirdiyi dörd il ərzində dəfələrlə intihar etməyə cəhd göstərdi.

Sergey Eyzenşteyn

Novator, dünya kinematoqrafının qızıl fonduna girən kult filmlərin müəllifi Sergey Eyzenşteyn evli olmasına baxmayaraq kişilərə qarşı olan hisslərini heç vaxt gizlətmirdi. O, bir çox filmlərində kişi bədəninin gözəlliyinə məftunluğunu açıq şəkildə göstərirdi. “Əgər Marks, Engels və Lenin olmasaydı, mən ikinci Oskar Uayld olardım” – dahi rejissor deyirdi.

Vadim Kozin

Məlumdur ki, Sovet müğənnisi və bəstəkarı Vadim Kozin Böyük Vətən Müharibəsində iştirakına görə Qırmızı ulduz ordeni almışdı. Bununla belə hətta Qırmızı ulduz ordeni belə onu həbsxanaya düşməkdən xilas edə bilməmişdi. Üstəlik Kozin homoseksualizmə görə iki dəfə məhkum olunmuş yeganə Sovet məşhurudur. Ümumilikdə götürdükdə artist ömrünün 15 ilini həbs düşərgələrində keçirib. //Kulis.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Araşdırma, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar