Hövsanda amansızlıqla öldürülüən qadın rus magiyası ilə məşğul cadugər imiş - FOTOLAR

Hövsanda amansızlıqla öldürülüən qadın rus magiyası ilə məşğul cadugər imiş – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində mənzilində amansızlıqla öldürülən 53 yaşlı Anjelika Morozova ilə bağlı bəzi məqamlar üzə çıxıb.
A24.Az lent.az -a istinadla xəbər verir ki, fevralın 24-də günün ikinci yarısında öldürüldüyü ehtimal edilən qadının cadugər olduğu bildirilib. Rus magiyası ilə məşğul olduğu bildirilən qadın evində tək yaşayırmış və vaxtaşırı müştərilərini qəbul edirmiş.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər A.Morozovanı qətlə yetirməzdən əvvəl onu sorğu-sual ediblər və hələlik məlum olmayan mövzu barəsində ondan informasiya almağa çalışıblar. Qadından istədiklərini ala bilməyən və ya istəklərinə çatan həmin şəxslər daha sonra onu boğaraq öldürüblər. Boğulmaqdan əvvəl ona xəsarət yetirildiyi də üzə çıxıb.

Bu arada o da məlum olub ki, A.Morozova son olaraq fevralın 24-də səhər saatlarında sosial şəbəkədəki profilini açıb. Faktla bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar