14543474_1078378735581963_2129482779_n

Səhiyyə Nazirliyi medianın “qara siyahı”sında – MONİTORİNQ

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

A24.Az xəbər verir ki, Media Təqib Mərkəzi nazirliklərlə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 54504 xəbər yerləşdirilib. Bunlardan 53313-ü neytral, 42-si mənfi, 1149-u isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Səhiyyə Nazirliyi (20 xəbər – 26 yaşlı qadın nazirliyin qarşısında üsyan etdi), Mədəniyyət və Turizm Nazirliyi (13 xəbər – nazirlik prezidentin sərəncamına məhəl qoymur), Kənd Təsərrüfatı Nazirliyi (4 xəbər – kəndlisi dərddə, naziri kefdə olan kənd təsərrüfatı – ittiham var).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (741 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (200 xəbər – 4 ton kartofda kartof güvəsi aşkarlandı), Fövqəladə Hallar Nazirliyi (175 xəbər – Bakıda köməksiz vəziyyətdə qalan uşaq xilas edildi).

 

Xəbər sayına görə sıralama:

       

  1. Daxili İşlər Nazirliyi  – 7025 xəbər
  2. Müdafiə Nazirliyi  – 5725 xəbər
  3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  – 4991 xəbər
  4. Fövqəladə Hallar Nazirliyi – 4252 xəbər
  5. Təhsil Nazirliyi –  4148 xəbər
  6. Səhiyyə Nazirliyi –  3445 xəbər
  7. Maliyyə Nazirliyi  – 3311 xəbər
  8. Mədəniyyət və Turizm Nazirliyi  – 2950 xəbər
  9. Milli Təhlükəsizlik Nazirliyi – 2745 xəbər
  10. Vergilər Nazirliyi –  2658 xəbər

 

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 4992 xəbər dərc edilib. Bu xəbərlərdən 4977 xəbər neytral, 15-i isə müsbət xəbərdir. Müsbət xəbərlərin hamısı Daxili İşlər Nazirliyinə (15 xəbər – qanunsuzluqlar aşkar edib) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

  1. Daxili İşlər Nazirliyi – 643 xəbər
  2. Təhsil Nazirliyi – 525 xəbər
  3. Mədəniyyət və Turizm Nazirliyi – 472 xəbər
  4. İqtisadiyyat Nazirliyi – 387 xəbər
  5. Səhiyyə Nazirliyi –  348 xəbər
  6. Müdafiə Nazirliyi – 331 xəbər
  7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi –  297 xəbər
  8. Xarici İşlər Nazirliyi – 296 xəbər
  9. Vergilər Nazirliyi –  277 xəbər
  10. Maliyyə Nazirliyi – 273 xəbər

 

 

Sentyabr ayında televiziya kanallarında nazirliklər haqqında 1155 xəbər göstərilib. Bu xəbərlərdən 1148 xəbər neytral, 7-si isə müsbətdir.

 

Televiziya kanallarında nazirliklər haqqında müsbət xəbərlər: Kənd Təsərrüfatı Nazirliyi (6 xəbər – keyfiyyətsiz gübrə aşkarlanıb) və Daxili İşlər Nazirliyi (1 xəbər – qanunsuzluqlar aşkar edib).

 

Xəbər sayına görə sıralama:

 

  1. Mədəniyyət və Turizm Nazirliyi  – 188 xəbər
  2. Təhsil Nazirliyi – 138 xəbər
  3. Gənclər və İdman Nazirliyi – 132 xəbər
  4. Xarici İşlər Nazirliyi – 101 xəbər
  5. Kənd Təsərrüfatı Nazirliyi – 89 xəbər
  6. Fövqəladə Hallar Nazirliyi – 69 xəbər
  7. Səhiyyə Nazirliyi – 64 xəbər
  8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 63 xəbər
  9. Müdafiə Sənayesi Nazirliyi – 59 xəbər
  10. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 44 xəbər

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR