hərbi təlimlər

Ermənistan tərəfi gecə Qarabağda gedən döyüşləri TƏSDİQLƏDİ- FOTO

Dağlıq Qarabağda yaralanan erməni hərbi qulluqçuların vəziyyəti ağır-stabil olaraq qalır.

Virtualaz.org bildirir ki, bunu Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan deyib.

Onun sözlərinə görə, həqiqi hərbi xidmətin iki qulluqçusu- 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan həqiqətən də onların hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.

Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır.

Xankəndi hərbi hospitalından verilən məlumatda ağır yaralanmış erməni hərbi qulluqçularının ikisinin adı açıqlanıb.

Bunlar 1984-cü il təvəllüdlü Poqosyan Qaqik Valeryanoviç və 1993-cü il təvəllüdlü Badalyan Kadjik Zaxvroviçdir.

İnformasiyaya əsasən, Poqosyan artıq vertolyotla Yerevan hospitalına göndərilib.

171268_src 171269_src

*   *   *20:28

İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Onu da qeyd edək ki,erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR