Azərbaycanın məşhur universiteti barədə RÜŞVƏT İDDİASI – Tələbələrdən pul yığan müəllimlər qovulub? – ÖZƏL

Azərbaycan universitetləri barədə son günlər mətbuatda yer alan qalmaqallı xəbərlər sırasına daha biri əlavə edilib. Belə ki, Turizm və Menecment Universitetində rüşvət qalmaqalı yaşanır.

Bu barədə A24.az-a ATMU-da təhsil alan tələbələr məlumat verib. Onların iddialarına görə, universitetdə dərs deyən müəllimlərdən bir neçəsi tələbələrdən rüşvət tələb etdikləri üçün işdən azad olunublar.

“Bizdə olan məlumatlara görə, artıq 3 müəllim işdən azad edilib. Onlardan biri Sahib Səfiyevdir. Bu müəllim fəlsəfə elmləri ilə bağlı universitetdə dərs deyirdi. O, işlədiyi müddətdə kəsr qrupunda təhsil alan tələbələrdən 430 AZN pul mənimsəyərək, onları kəsr imtahanlarından keçirəcəyini söz verib. Digər iki müəllimin adı isə hələlik açıqlanmır”.

atmu

Qaldırılan iddialarla bağlı Azərbaycan Turizm və Menecment Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Eldar Aslanovla əlaqə saxladıq. Onun sözlərinə görə, sözügedən iddialar reallığı tam şəkildə əks etdirmir:

“Düzdür, Sahib Səfiyev işdən azad olunub. Ancaq onun işdən çıxarılma səbəbi tələbələrdən rüşvət alması ilə bağlı deyil. Həmin müəllim banklara borcu olduğu üçün dərslərə davamiyyəti dəfələrlə pozub. Buna görə də, onunla yollarımızı ayırdıq. Burada heç bir rüşvət məsələsindən söhbət gedə bilməz. Digər iki nəfər müəllimin işdən çıxarılması barədə yayılan məlumatlar doğru deyil”.

eldar

MÜZAKİRƏ

1 şərh Azərbaycanın məşhur universiteti barədə RÜŞVƏT İDDİASI – Tələbələrdən pul yığan müəllimlər qovulub? – ÖZƏL üçün

  1. Mürvətov Əlixan dedi:

    Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizin aparıcı və təhsilin yüksək səviyyəsi ilə seçilən ali məktəblərindəndir. Heç bir rüşvətdən söhbət gedə bilməz.Universitetdə tələbələrin qiymət alması məqsədilə “tapşırılması” da mümkün deyil.Belə böhtan və iftiraların yayılmasında kimlər maraqlıdır? Həmin şəxslərə ar olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR