Yeni rektor “təyin edilən” universitetdən AÇIQLAMA – ÖZƏL

Azərbaycan Turizm və Menecment Universiteti Eldar Aslanovun yeni rektor təyin edilməsi barədə redaksiyamıza daxil olan məlumatlara aydınlıq gətirib. Universitetin mətbuat katibi Sədaqət Turabova A24.Az-a açıqlamasında bildirdi ki, Eldar Aslanovun universitetin rektoru təyin edilməsi hələlik təsdiq olunmayıb. Sadəcə ötən gün universitetə yeni prorektor təyin edilib. İranə Əliyeva bu vəzifəyə gətirilib. 

 

09:55

*****

Azərbaycanda daha bir universitetə yeni rektor təyin olunub.

A24.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) keçmiş rektoru Cəfər Cəfərov 2015-2016 tədris ilində Azərbaycan Pedoqoji Universitetinə rektor təyin olunub. ATMU-nun o zamanki prorektoru Eldar Aslanov isə müvəqqəti olaraq rektorluq vəzifələrini yerinə yetirib.

Redaksiyamıza daxil olan məlumata görə, uzun müddətdir ki, gözlənilən vəzifə təyinatı nəhayət ki, baş tutub. Belə ki, Azərbaycan Turizm və Menecment universitetinin yeni rektoru Eldar Aslanov təyin edilib.

 

MÜZAKİRƏ

1 şərh Yeni rektor “təyin edilən” universitetdən AÇIQLAMA – ÖZƏL üçün

  1. Yashar dedi:

    Eldar Aslanov heç baş müəllim savadında və qabiliyyətində deyil. Getsin Gəncədə Aqronomluq etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR