Azərbaycanlı tərcüməçinin şəhid türk polisi haqqında paylaşımı hamını qəhərə boğdu - FOTOLAR

Azərbaycanlı tərcüməçinin şəhid türk polisi haqqında paylaşımı hamını qəhərə boğdu – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı yazar Günel Tahirli Cansu yanvarın 4-də İzmirdə həyata keçirilən terror hücumu zamanı insanların həyatını qurtararaq şəhid olan Fethi Sekin haqqında paylaşdığı yazı Türkiyə mediasına damğa vurub. Yazını oxuyanları qəhər boğub.

“A24.az” “Azərbaycan qızı, Türk gəliniyəm” deyən Günel Tahirli Cansunun öz feysbuk səhifəsində paylaşdığı yazını sizə təqdim edir:

“Tərcüməçilik etdiyim üçün İzmir Ədliyyəsinə tez-tez gedirəm. Bir neçə həftə bundan əvvəl məhkəmədə iştirak etməli idim. Məhkəmənin başlamasına az qalırdı, avtomobilimi park etmək üçün yer tapa bilmirdim. Rəsmi şəxslərin avtomobilinin olduğu yerə yaxınlaşdım. Bir polis maşını və yanında da bir polis məmuru var idi. Artıq məhkəməyə gecikirdim. Avtomobilimin pəncərəsini açdım və polis məmuruna dedim ki, “qardaş, mən Ədliyyənin tərcüməçisiyəm. Avtomobilimi saxlamaq üçün heç harda yer tapa bilmədim. Evdə isə uşaq qoyub gəlmişəm və məhkəmə prosesinə də gecikirəm, tez iştirak edib evə qayıtmalıyam. Mənə kömək edə bilərsiniz?” Polis məmuru polis maşınını çəkdi və “avtomobilinizi bura park edə bilərsiniz” dedi. Yaxşı, qardaş 1 saatdan gec çıxmaram dedim. Məhkəmə prosesi qutarandan sonra həmin polisə yaxınlaşdım və təşəkkür etdim.  Mənə dedi ki, avtomobilinin pəncərəsində kağız var, onu özün götürərsən. Avtomobilimə yaxınlaşdım və kağızı əlimə alıb ona tərəf getdim və “qardaşım, bu cəza olmasın?!”, – deyə soruşdum. Yox, dedi, cəza yazmasınlar deyə o kağızı qoydum. Cəza gələrsə, mən hər zaman burdayam, narahat olmayın. Daha sonra avtomobilimə əyləşib evə gəldim və baş verənləri həyat yoldaşıma danışdım. O isə kağızı atmayıb saxlamağımı məsləhət bildi.

Bu gün isə partlayış zamanı bir yol polisinin şəhid olduğunu eşitdim. Nədənsə bir anda ağlıma həmin polis qardaş gəldi, sonra öz-özümə yox dedim. Lakin sosial mediada şəklini görüncə həyat yoldaşım Tanerə zəng elədim və avtomobilimdə saxladığım həmin kağızdakı polis məmurunun adına baxmasını istədim. Bir neçə dəqiqədən sonra Taner mənə kağızın rəsmini çəkib göndərdi. Şəhid olan həmin polis idi – Fethi Sekin…

Yaxşılıqlar heç bir zaman unudulmur! Türk xalqının qüruru, Allah sənə rəhmət eləsin, qardaş..!

Şəhid olan pöolis Fethi Sekin...
Şəhid olan polis Fethi Sekin…

586f34b367b0a920fcd1a8ca

Azərbaycanlı Günel Tahirli Cansu həyat yoldaşı ilə birlikdə...
Azərbaycanlı Günel Tahirli Cansu həyat yoldaşı ilə birlikdə…

586f58950f2545c3ec4f1c48

586f455867b0a920fcd1aa15

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Media, Foto xəbər, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar