“Yaxın saatlarda erməni tərəfinə sarsıdıcı zərbə endiriləcək” - HƏRBİ EKSPERT  

“Yaxın saatlarda erməni tərəfinə sarsıdıcı zərbə endiriləcək” – HƏRBİ EKSPERT
Want create site? Find Free WordPress Themes and plugins.

 

“Xocavənd-Füzuli istiqaməti düz-düzəngah yerdir. Ermənilər bir qədər orda panika yaradıb, içəriyə soxulmağa cəhd edirlər”

Bunu A24.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ermənilərin ötən gün axşamdan etibarən cəbhədə törətdikləri təxribatlarını və hər iki tərəfin itki verməsini şərh edərkən deyib.

Ekspert hazırda Müdafiə Nazirliyimizin düşmən təxribatının qarşını almaq üçün lazımi tədbirlərin gördüyünü diqqətə çatdırıb:

“Belə durumlarda xüsusən sosial şəbəkə istifadəçilərinə üz tutub, demək istəyirəm ki, bir qədər ehtiyatlı və diqqətli olsunlar. Dünəndən başlayaraq hər kəs ağlına gələni yazır. Ağdam boşaldılır, kəndlərdən adamlar gedir və.s. Ağdamın icra başçısı Raqub Məmmədov mətbuata açıqlamasında da bildirib ki, heç hara boşaldılmayıb: “Yazılanlara inanmayın. Heç kim evini, malını-mülkünü qoyub heç hara getmir. Sadəcə insanlar narahatlıq olarkən təhlükəsizlik baxımından özlərini qoruyurlar. Vəziyyət gərgin olanda, insanlarımızı artileriyanın altında saxlamayacaqki? Bir qədər təhlükəsiz yerə çəkilib, vəziyyət sakitləşən kimi öz evlərinə qayıdırlar”.

Hərbi ekspert onu da bildirdi ki, düşmən etdiyi hərəkətə görə, ən sərt şəkildə cəzalandırılacaq. Buna heç kimin də şübhəsi olmasın.

Üzeyir Cəfərov- Hərbi ekspert

“Sabah Xocalı soyqırımının ildönümüdür və ermənilər beynəlxalq qurumların sifarişlərini yerini yetirməklə məşğuldurlar. Onlar çalışırlar ki, çoxlu qan axsın. Bu dəfə açıq toqquşmaların baş verməsi mümkündür. Çünki hər iki tərəf silah və texnikaları cəbhə xəttinə yerləşdirib. Ermənilər də xeyli artileriya silahı və minamiyotları ön xəttə yaxın əraziyə gətirib yığıblar. Ona görə də onlar çoxlu itkilərin olmasına çalışırlar. Günün ikinci yarısından baxarsız, Rusiya və ATƏT tərəfindən bəyanatlar başlayacaq. İtkilərin sayının çox olacağı təqdirdə, iki ölkə başçısının bir araya gəlməsi fikri səsləndiriləcək. Bunların hamısı beynəlxalq qurumların oyunlarıdır. Ermənistan kimdir ki, gəlib bizim torpağımızda bizə meydan oxuyur? Azərbaycan bu dəfə nə Rusiyanın, nə ABŞ-ın, nə də Fransanın boşboğazlığına aldanmamalıdır. Diplomatların ağzından vurmalıdır, erməniləri də yer üzündən silməldir. Artileriya silahlı sıradan, adi bir silah deyil, bunun məqsədi, məramı o ərazidə olan canlı qüvvəni və texnikanı məhv edib, dağıtmaqdır. Azərbaycan tərəfi erməni təxribatının cavabını yaxın saatlarda görəcəksiniz, necə və hansı şəkildə verəcək”.

Ermənilərin Xocavənd-Füzuli istiqamətində hücuma keçməsi məqsədyönlüdürmü?

Ekspert bildirib ki, 1994-cü illərdə o istiqamətdə döyüşlər də iştirak edib:

“Mən o istiqaməti gözəl bilirəm. Xocavənd-Füzuli istiqaməti düz-düzəngah yerdir. Ermənilər bir qədər orda panika yaradıb, içəriyə soxulmağa cəhd edirlər. Amma biz heç vaxt onların içəri girməsinə icazə verməyəcəyik. Əksinə, özümüz Xocavəndin işğaldan azad olunması haqqında düşünürük. Düşmən indi nə edir etsin, bu təxribata nəyin bahasına olursa-olsun sərt şəkildə, sarsıdıcı zərbələrlə cavablarını verəcəyik”.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar