Hündürdaban ayaqqabı qadağan olundu- VİDEO

Hündürdaban ayaqqabı qadağan olundu- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın Abruza bölgəsindəki texniki Universitetində qəribə qərar qəbul edilib.

Universitet rəhbərliyi xanım tələbə və müəllimələrə hündürdaban ayaqqabılarla dərsə getməyə icazə vermir. Buna səbəb olaraq ərazinin seysmik bölgədə olduğu göstərilir. Rəhbərliyin bu qərarı isə işçilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Fikrin çox gülünc və əsassız olduğunu dilə gətirən universitet əməkdaşları və tələbələr qərarla razılaşmasalar da məcburən qaydalara əməl edəcəklərini deyiblər.

Ərazinin ciddi mənada zəlzələ riski daşıdığı isə bir həqiqətdir. Belə ki, 2009-cu ildə Abruzada yerləşən Laquella şəhərində baş verən zəlzələ zamanı 286, 1915-ci ildə zəlzələ zamanı isə 30 min nəfər dünyasını dəyişib.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=GuPI6wDwQxQ

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar