Hüquqşünaslar 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verdi

Hüquqşünaslar 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Hüquqşünaslar – Asimə Nəsirli və Səməd Rəhimli 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən hər iki şəxs hüquqşünas qovluqları yoxlanılmadan və etibarnamənin surətinin təqdim edilməsi əsasında dərhal və növbədənkənar görüşə buraxılmaqla, görüşlərin sayı və müddəti məhdudlaşdırılmamaqla görüşə şərait yaradılması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Hökmdən narazı qalan iddiaçılar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, A.Nəsirli S.Rəhimli ilə ötən il ailə həyatı qurub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar