İbtidai siniflərdə dərs yükü azaldılacaq: Rəsmi AÇIQLAMA

İbtidai siniflərdə dərs yükü azaldılacaq: Rəsmi AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb.

“Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb. Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faizdir. Növbəti illərdə bu göstəricinin aşağı düşməsi istiqamətində təsirli tədbirlər görüləcək”.

A24.Az Report-a istinadla xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb.

C.Bayramov əlavə edib ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçib: “Bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bunlar islahatların və dəyişikliklərin aparılmasına nikbin baxılmasına səbəb verir”.

O qeyd edib ki, şagirdlərin dərs yükü məsələsi daim müzakirə olunur: “Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar