İcra başçısı dünya çempionuna ev bağışladı

İcra başçısı dünya çempionuna ev bağışladı
Want create site? Find Free WordPress Themes and plugins.
Üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə mükafat olaraq yeni mənzilin orderi təqdim edilib.
A24.Az AZƏRTAC-a istindən xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün ölkəmizdə, eləcə də, Abşeron rayonunda uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Abşeron rayonunda idmana göstərilən diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi Abşeron idmançıları müxtəlif səviyyəli idman yarışlarına qatılır, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük.
İradə Gülməmmədova beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edib, ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Gənc idmançı Hacı Əliyev yeni mənzillə təmin olunduğuna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.
Sonra mənzilin orderi Hacı Əliyevə təqdim edilib.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar