İdlibdə sərhədlər müəyyənləşdirildi

İdlibdə sərhədlər müəyyənləşdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

17 sentyabrda Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə əldə olunan razılığa əsasən Suriyanın İdlib bölgəsində qurulacaq silahlı münaqişələrdən təmizlənmiş ərazinin sərhədləri müəyyənləşdirilib.

“A24.Az” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bununla bağlı 19-21 sentyabr tarixlərində Rusiya və Türkiyə nümayəndə heyətləri arasında bir neçə iclas keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, sərhədlər müəyyənləşdirilərkən bölgənin coğrafi quruluşu və yaşayış məntəqələrinin təhlükəsizliyi nəzərə alınıb.

Hazırda həmin bölgənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, bir neçə gün sonra Rusiya, İran və Türkiyə XİN rəhbərlərinin Nyu-Yorkda Suriya məsələsini müzakirə edəcəyi gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar