A24 Xeber

İdman arenaları gecələr bərq vurur – VİDEO

Avropa Oyunlarında istifadə olunacaq arenalar gecələr də göz oxşayır

İdman arenaları gecələr bərq vurur – VİDEO
375
20 May 2015 - 9:02

Bakı-2015 ilk Avropa Oyunlarında istifadə ediləcək idman arenaları möhtəşəm işıqlandırmalarla gecələr də gözəl görünürlər.

Bir-birindən fərqli işıqlarla işıqlandırılan arenalar paytaxtın görünüşünə gözəllik qatır. Həydər Əliyev adına idman arenasının təmirdən sonrakı dizaynı diqqət çəkir. 7100 tamaşaçı tutumuna malik nəhəng idman zalı kənardan da çox əzəmətli görünür.

Bakı Avropa Oyunlarının keçiriləcəyi 18 yarış obyekti arasında yeni tikilənlərdən biri də su idman növlərinin keçiriləcəyi Bakı Su İdman mərkəzidir. 6 min tamaşaçı tutumu olan komleksdə 800-dən çox atlet yarışlarda öz gücünü göstərəcək.

İşıqlandırılması ilə göz oxşayan arenalaran biri də,əsasən, beynəlxalq ritmik və bədii gimnastika yarışlarına ev sahiblik etmək üçün layihələndirilən Milli Gimnastika arenasıdır. Avropa Oyunları zamanı bu arenda gimnastikanın 5 növü üzrə yarışlar keçiriləcək.

 “A24.az” həmin arenaları videogörüntüdə təqdim edir:

https://www.youtube.com/watch?v=Uit6ZIQvCoM

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00