İdmançımız qaydasız döyüşdə birinci oldu

İdmançımız qaydasız döyüşdə birinci oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan idmançısı Ümid Məmmədzadə Ukraynanın Odessa şəhərində təşkil olunan qaydasız döyüşün MMA versiyası üzrə “World MMA Network Maxmıx” turnirində ölkəmizi uğurla təmsil edib.

a24.az” Azərtac-a istinadən xəbər verir ki, reytinq xarakterli turnirdə gənc idmançımız Ü.Məmmədzadə bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

İdman ustası Ü.Məmmədzadə qaydasız döyüş ilə uzun illərdir peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan idmançı qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionu və bir sıra beynəlxalq turnirlərin mükafatçısıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar