İki arvadı ola-ola 11 yaşlı uşaqla evləndi - Ölkə bir-birinə dəydi - FOTOLAR

İki arvadı ola-ola 11 yaşlı uşaqla evləndi – Ölkə bir-birinə dəydi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Malayziyada 41 yaşlı kişinin 11 yaşlı qız uşağı ilə evlənməsi ölkə əhalisini qəzəbləndirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, hadisə mediada yayımlanandan sonra beynəlxalq təşkilatlar hərəkətə keçib.

Mediada yayılan görüntülərdə evlilik mərasimində kişinin 11 yaşlı uşağın əlindən tutduğu görünür. Qızın ailəsinin isə ölkənin şimal-şərqində yerləşən Kelantan şəhərində yaşadığı, ağaclardan kauçuk toplayaraq maddi ehtiyaclarını ödədikləri bildirilir.

Malayziyada qanuni olaraq evlilik yaşı 18 olsa da yaşı 16-dan aşağı olan müsəlmanlar dini məhkəmələrin izniylə evlənə bilirlər. Lakin Malayziya hökuməti sözügedən evliliklə bağlı heç bir qeydiyyatın olmadığını və hadisənin araşdırılacağını açıqlayıb.

Taylandlı olan qızın ailəsi 16 yaşına qədər valideynləriylə qalmasına izin verildiyi halda evliliyinə razılıq verdiklərini söyləyirlər. Yerli media isə adı çəkilən kişinin daha 2 arvadının və 5-18 yaşları arasında 6 uşağının olduğunu qeyd edib. Kişinin çox varlı tacir olduğu, qızın ailəsinin isə yoxsulluq içərisində yaşadığı qeyd edilir.

UNİCEF isə bu evliliyin şok effekti yaratdığını və qəbul edilməz olduğunu açıqlayıb.  Malayziya Qadın, Ailə və İctimai İnkişaf Nazirliyi şəriət məhkəməsinin izni olmadığı halda evliliyin qanundan kənar olacağı və həmin 41 yaşlı kişinin 6 ay həbs cəzasıyla üz-üzə qalacağını bildirib.

Hüquq müdafiəçiləri isə hazırda yaşı 15-dən aşağı olan 16 min malayziyalı qız uşağının evli olduğunu söyləyir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar