İki avtomobil TOQQUŞDU – Hər iki sürücü ÖLDÜ

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. A24.Az xəbər verir ki, Kür qəsəbəsində rayon sakini Nadir Əhmədovun idarə etdiyi “KİA” və Mingəçevir şəhər sakini Əbülfət Məmmədovun idarə etdiyi “Grand-River” markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Ölümlə nəticələnən daha bir qəza Yevlax rayonunun Əkşəm kəndində qeydə alınıb. Rayon sakini Qərib Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR