İki əsgərimiz ağır yaralıdır: Biri 6 gündür komadadır - Nazirlik isə susur

İki əsgərimiz ağır yaralıdır: Biri 6 gündür komadadır – Nazirlik isə susur
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az-ın redaksiyasına hərbi hospitala yerləşdirilən lakin səhhətindən heç bir dəqiq söz deyilməyən azərbaycanlı əsgər barədə məlumat daxil olub. 

Məlumatda bildirilir ki, Nahid Soltanov adlı əsgərin  ailəsi hospitalın qapısında gecələyir.

Əsgərin qardaşı Elçin Soltanovun sözlərinə görə, Nahid Soltanov hazırda  Papanindəki Hərbi hospitaldadır.

“Başından gülləylə atəş açıblar, vəziyyəti ağırdır, tək deyil, onunla birlikdə əsgər yoldaşını da gətiriblər. Onu da sinəsindən gülləylə yaralayıblar, ikisi də reanimasiyada komadadırlar.

Elçin Soltanov  qardaşının 13 aydır ki, Ağdamdakı N saylı hərbi hissədə qulluq etdiyini deyir.  İyulun 14-ü  axşam saatlarında ailəyə onun yaralanması barədə məlumat verilib:

“Çıxarıblar Sarcalı hospitalına, iki dəfə əməliyyat ediblər, ordan da gətiriblər Papanindəki Mərkəzi hospitala. Qardaşımın da, onunla birlikdə yaralanan digər əsgərin də vəziyyəti ağırdır. Həkimlər deyir, “bizdə bu əsgərlərin əməliyyatı üçün normal aparatlar yoxdur. Qardaşım idmanla məşğul olurdu, boksçu idi, həkim deyir, “əslində ürəyi sağlam olduğu üçün ölməyib, yoxsa çoxdan ölərdi. Başın sağ yarımkürəsi yerində yoxdur. həkim deyir, gedin, əliniz göydə olsun, yaralıya Allahdan ömür istəyin, biz əlimizdən gələni etmişik, ancaq yaşamasına güman azdır”.

Əsgərin ailə üzvləri Müdafiə Nazilriyindən gileylidir:

“İki əsgər ölümcül vəziyyətdədir. Ancaq biri çıxıb bu iki əsgərin ailələrinə bir kəlmə demir ki, hadisə hansı səbəbdən olub… Biz hələ də bilmirik ki, nə baş verib… Bu uşaqları kim vurub, niyə vurub, məqsəd, məram nə olub, hamı susur. Hərbi hissə komandiri susur, bölük komandiri susur, Müdafiə Nazirliyi susur… Kim məsuliyyətə cəlb olunub? Hansı maddəylə? Ümumiyyətlə, cinayət işi açılıbmı? O qədər sualımız var, cavab verən tapılmır. Hələ də bilmirik atəşkəs pozulub, yoxsa əsgərlər öz aralarında törədiblər bu hadisəni… Heç nə bilmirik”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar