İki minik avtomobili toqquşdu

İki minik avtomobili toqquşdu
Want create site? Find Free WordPress Themes and plugins.
Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yol qəzası baş verib.

“A24.az” məlumat verir ki,  Mehriban Əmirəlizadənin idarə etdiyi “Toyota” markalı avtomobil adıçəkilən prospektdə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə xanım sürücü maşınını əvvəlcə yol kənarında dayanan, Vüqar Nağızadəyə məxsus “Opel” markalı avtomobilə, daha sonra isə  yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.  Hər iki avtomobil  evakuatorlar vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb. Hadisə  ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar