İki qardaş barlarda Allah və Peyğəmbərdən danışır: "Üstümüzə içki tökən, butulka atanlar oldu" - MÜSAHİBƏ

İki qardaş barlarda Allah və Peyğəmbərdən danışır: “Üstümüzə içki tökən, butulka atanlar oldu” – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə Ramazan Yatkın və Davut Yatkın  qardaşları təqribən 6 ildir ki, barlarda, meyhanə və çayxanalarda, bir çox məkanlarda İslam dinindən və Peyğəmbərdən danışır.

Şəxsi vəsaitləri ilə hər həftə müxtəlif məkanlarda çıxış edən iki qardaş bəzən meyhanələrdə içki içənlərin hesablarını ödəyir, bəzən də əxlaqsızlıq yuvalarında işləyən qadınların xilas edilməsinə vəsilə olurlar. Qardaşlar, təbliğat apardıqları zaman bəzən üstlərinə içkinin töküldüyünü, bəzən də yumruq-təpiklə döyüldüklərini deyib.

“A24.az” bildirir ki, Türkiyə mediası iki ürəkli qardaşın həyat və fəaliyyətini  qələmə almaq üçün müsahibə edib.

-6 ildən çoxdur ki, barlarda, meyhanə və bir çox müxtəlif yerlərdə islamı təbliğ edirsiniz. Bu işə necə başladınız, ilk çıxış etdiyiniz mövzu nə idi, danışa bilərsiniz?

Ramazan Yatkın: 2009-cu ildə qardaşımla birlikdə insanlarla əlaqə quraq, onlara Allah adına bir şeylər verək, nəsə təqdim edək dedik.

Təbii ki, işin əvvəlində Əsr surəsindəki Salihat (sakitlik) hadisəsinin olduğu hissə məni dərindən yaralamışdı. Allah deyir ki, “aktiv yaxşılar Cənnətə girər”. Yəni çöldə yaxşılıq edənlər Cənnətə girər. Öz aləmində insanın özü üçün etdiyi yaxşılıqların qarşılığının bu dünyada veriləcəyini söyləyir. Bizim də ən böyük hədəfimiz cənnətə getməkdir. Bu məqsədlə biz nə edə bilərik deyə düşündük. Əvvəlcə məscidlərə, cəmiyyət arasına çıxaq dedik, amma onlarla onsuz da əlaqə qurmaq, onları tapmaq mümkündür. Biz, gedilməyən, əl çatmayan yerlərə gedək dedik. Barlara, meyhanələrə, çayxanalara, incəsənət evlərinə, dərnək və iş yerlərinə getməyə qərar verdik. Lakin daha çox fəaliyyət göstərdiyimiz yerlər meyhanə və barlardır. Çünki burda olan insanların zəif nöqtələrini bilirik. Biz də həmin yerlərdən gəldik, həmin insanları da tanıyırıq. Onsuz da hazırda müsəlmanların ən zəif cəhətlərindən biri qarşısındakı insanları tanımamalarıdır. Biz onları tanıdığımız üçün elə məhz ordan başladıq.

Davut Yatkın – Bilirsiniz, bu gün ev söhbətləri geniş yayılıb. Artıq dərnək və müxtəlif yerlərdə bu cür söhbətlər edilir. Bizim də keçmiş təcrübələrimizdən qaynaqlanaraq deyirəm ki, ev söhbətlərində yanlış edilən bir tərz var idi. İslamın təbliğində yüksəkdən aşağıya doğru gedilirdi. Ən sonda qeyd edilməsi olan “cihad” mövzusu ən başda danışılırdı və ortaya yanlış anlaşıla biləcək “cihad” anlayışı çıxırdı. Amma indi sürət zamanıdır. İnsanların işləri, gücləri var. İbadətlərə vaxt ayırmağa, ev söhbətlərinə getməyə vaxt çatmır.

Biz İslamı insanlara çatdırmaq üçün onların ayaqlarına gedək dedik. Vaxtımızı da dəyərli şəkildə istifadə etmək istədik. Çayxanalara gedərək 30 dəqiqəni keçməmək şərti ilə özəl şeylər danışdıq. Barlara, meyhanələrə getdik. Bəzi iş yerlərində olan işçilərlə söhbət etdik. Yeri gələndə iş sahibi ilə danışıb, fasilə vaxtların pulunu ödəyib işçilərlə danışdıq. Bu vasitə ilə insanların ayaqlarına qədər getdik və bu, bizim üçün çox uğurlu alındı. Əlbəttə, tutduğumuz işin çətin və qəliz tərəfləri var, amma müsbət tərəflərini, insanların marağının artdığını görəndə bütün yorğunluğumuzu undurduq.

İnsanların həqiqətən də İslama acıdıqlalrını deyə bilərik. Ümumiyyətlə, yarımçıq məlumatları var və bildikləri də hekayə tərzindədir. Biz İslamı və Quranı istinad olaraq, Peyğəmbərimizin həyatından misallar çəkərək danışırıq. Bizim danışdıqlarımızda mühakimə və ya təhqir edən, fətva verən sözlər yoxdur. Biz ortaya sadəcə meyvəni qoyuruq. Almaq istəyən qardaşlarımız alır, almaq istəməyən də almasın. Biz o insanların başlarına bir sual atmaq və o sualla cığır açmalarını istəyirik. Yarım saat ərzindən əlimizdən gələni edirik. Verilən suallara əlimizdən gəldiyi qədər cavab verməyə çalışırıq. Cavab verə bilmədiyimiz sualları da müəllimlərimizə, yazarlarımıza və qardaşçlarımıza çatdırırıq. Təbliğatımızdan sonra hədiyyə olaraq müxtəlif kitablar paylayırıq.

Kimsə danışmaq istəməyəndə “masanın pulunu biz ödəyəcəyik” deyərək maddi xərci öz boynumuza götürürük. Bəzi iş yerlərində işçilərin fasiləsini bizə ayırdıqları üşün həmin vaxtın pulunu biz qarşılayırıq. Bu, işə daha da gözəllik qatır, daha təsirli olur.

İlk işimiz bir dərnəkdə olmuşdu. Gözləmədiyimiz anda böyük bir kütlə iştirak etmişdi. Bu işə məhəlləmizdən başlamışdıq. Həmin dərnəkdə təbliğatımıza qoşulanlarını çox olduğunu görəndə həyəcanlanmışdıq. Bir neçə aydan  sonra Qədir Gecəsində yeni geniş kütlə ilə veriliş hazırlaşdıq. Bəzi yazarları da qonaq çağırdıq.  Məhəlləmizdəki bu çıxışımız bizim üçün bir fürsət oldu və bu işi genişləndirmək istədik. Demək olar ki, məhəlləmizdə bir küçədə 15 meyhanə var, biz orda böyüdük. Meyhanələrə gedək, orda danışaq dedik. Bu haqda meyhanə sahibləri ilə də razılaşdıq.

Burda bir şeyi qeyd edək: İnsanlar düşünür ki, biz İslam haqqında sərxoşlara danışırıq. Biz təbliğatımızı meyhanədə hələ içki gəlmədən etməyə başlayırıq. İnsanlar sərxoş olmadan onlarla danışırıq.

Üstümüzə içki tökənlər oldu…

-İlk çıxışlarımız zamanı üstümüzə butulka atanlar, işçi tökənlər oldu. İki şeylə qarşılaşdıq: Birincisi, “insan bilmədiyinin düşmənidir” məntiqi ilə hücum etdilər. İkincisi isə, ciddi şəkildə İslama hörmət edənlər… Məsələn, butulkanı atan adam “Burda Allahdan, Peyğəmbərdən danışılar? Bura məscid deyil” dedi. Əlbəttə ki, biz harda olursa olsun Allahdan, İslamdan, Peyğəmbərimizdən danışmağımızın vacibliyini bilirdik. Nəticə etibarı ilə ordakılar da müsəlmandır.

“Siz müsəlman deyilsinizmi?” soruşduqda, mülayimlik oldu və bizi dinləməyə başladılar. Hətta üstümüzə butulka atanlar üzr də istədilər. Biz bilmirdik dedilər. Bizə Peyğəmbərin belə bir insan olduğunu danışmadılar. Məsciddə oturan, davamlı olaraq təsbeh çəkən bir peyğəmbərdən danışdılar. Sizin danışdığınız kimi zarafatlaşan, həyat dolu olan bir Peyğəmbərdən danışmadılar” kimi reaksiyalar verilməyə başladı.

Onlara dostumuz Muhamməddən danışırıq…

-Təbliğatımızı bir az da həyəcanlandırmaq üçün Quranın “dost peyğəmbər” üsulundan istifadə etməyə başladıq. Dostumuz Muhamməd məcnun deyildi” kimi ayələri əsas götürərək “Dostlar, sizə yazdığınız, çox yaxşı tanıdığınız bir dostunuzdan danışacağıq”. Belə deyəndə çox təəccüblənirdilər. “Necə olur? 1400 il bundan əvvəl yaşayıb, amma bizim dostumuzdur?” deyirdilər.  Biz isə “qiyamətə qədər Onun mənəvi dostluğu davam edəcək “ deyərək təbliğatımızı edirdik.

Ramazan Yatkın: Bar və meyhanələrə getdyimiz zaman həmin insanların reaksiyalarını bilirdik. İlk olaraq Allah, Peyğəmbər, din kimi mövzulardan bəhs etmirik. Onlara dost olan Muhamməddən danışmağa çalışırıq. Düşmənlərin belə heyran olduğu dostdan… Biz sizin Peyğəmbər olaraq gördüyünüz Muhamməddən başqa, insan olan və gözəl bir müsəlman olan Muhammədən danışacağıq. Peyğəmbərimizin öz ətrafı ona bir şeyx, fenomen kimi davranmayıb. Ətrafında olanlar ona dəstək olardı. Salavatı yerinə yetirirdilər, yəni dəstək olurdular. Məsələn, Taifdə Zeydin Onu qorumaq üçün daşlanması bir salavatdır. Bəziləri “mən burda içirəm, sən Peyğəmbərdən danışırsan, mənə vicdan əzabı verdin. Artıq bu mövzuda mənə kömək edəcəksən” deyərək reaksiya verirdi. Bu mənada onlara psixoloji dəstək də veririk. Spirtli içkilərlə mübarizə aparmaları üçün AMATEM-ə göndəririk.

-Bəs fəaliyyətiniz zaman heç vaxt unuda bilməyəcəyiniz ən qəribə hadisə nədir?

Ramazan Yatkın – Getdiyimiz barın birində söhbət qurtarandan sonra sahibi “Sizi bir yerə aparacam” dedi. Biz hara gedəcəyimizi soruşduqda, “sürprizdir” dedi. Biz razılaşdıq və maşına minib getdik. Həmin adam bizi qadınların olduğu açıq-saçıq məkana gətirdi. Təəccübləndik və “burda nə işimiz var?” dedik. Həmin şəxs mənə güvənirsinizsə gəlin, mənə güvənmirsinizsə, özünüzə də güvənmirsiniz deyərək bizi razı saldı. Daha sonra orda olan iki qadının adını söylədi və bir otağa qalxdıq. Təccüblə gözlədiyimiz zaman otağa iki qadın gəldi, paltarlarını çıxartmaq istəyəndə barın sahibi “dayanın, daha çox geyinin, üst-başınızı düzəldin və oturun” dedi. Qadınlar heyrətləndilər. Barın sahibi bizə işarə edərək “bu insanlar sizə Peyğəmbərimizdən danışacaq” dedi və biz danışmağa başladıq. Daha sonra barın sahibi qadınların əxlaqsız işlərlə məşğul olduğu məkanın sahibinə  bir qədər pul verib həmin iki qadını birdəfəlik ora girməmək şərti ilə çıxartdı. Bizə “bunları müsəlman qadınların olduğu bir yerə aparın, orda qalsınlar” dedi. Biz də Kocaelidə islam fəaliyyətləri göstərən xanım dostlarımızın  yanına göndərdik. Yolda qadınlardan biri “bizdən qarşılıq olaraq bir şey istəməyəcəksiniz?” deyə soruşdu. Biz “bizim qarşılığımızı ancaq Allah verə bilər” dedik. Sonra qadınları etibarlı bir yerə təslim etdik. Bu hadisə mənə çox təsir etmişdi.

Narkotik alüdəçiləri ilə də maraqlanırıq…

Bir prokurorun köməyi ilə narkotik alüdəçiləri ilə də məşğul oluruq. Onların mühitlərini dəyişdirmək məqsədi ilə işlərə başlamışıq. Həmd olsun,  dərnəklərdən, çayxanalardan əldə etdiyimiz 12 nəfərlik bir qrup da bu kimi işlərdə bizə kömək etməyə başlayıb. Hətta mehanələrdən çıxartdığımız yoldaşlar həmin məkanlara gedib, mühiti mülayimləşdiribr və bizə xəbər edirlər ki, “gəlin burda mühit hazırdır”.

Biz Quranın tanıtdığı Hz.Muhamməddən danışırıq və bu mövzuda yazıb araşdıran müəllimlərin əsərlərindən faydalanırıq. Burada adını çəkmədən keçə bilməyəcəyim Mustafa İslamoğlu və Abdullah Yıldız hocalarımıza təşəkkür edirəm. Xüsusilə də Abdullah Yıldız həm mənəvi, həm də maddi olaraq bizə çox dəstək verir. Dəfələrdə ona zəng edib “barda çıxılmaz vəziyyətdə qalmışıq” dedikdə, bizə kömək əlini uzadıb. Bir dəfə olsun bizə “bəsdir” deməyib. Allah onlardan razı olsun!

Hazırda ikimizik və tək başınayıq.

-Bu fəaliyyətinizi genişləndirmək üçün layihə şəklinə salaraq dəsək almağı düşünürsünüz?

Ramazan Yatkın: biz bu işi yalnız Allah üçün edirik. Bu fəaliyyətimizdən nə bir qazancımız var, nə də qurum halına salmaq kimi bir arzumuz… Məqsədimiz bir insan qazanmaqdır, ən gözəli budur. Əlbəttə, bu fəaliyyəti qanuniləşdirmək yaxşı olar, amma məcbur deyil. İşlərimiz artıb, hətta İstanbulun digər şəhərlərindən də tələb gəlməyə başlayıb. Maddi cəhətdən sıxıntılarımız var, Abdullah Yıldızdan başqa kimsənin qapısını döyə bilmirik. Təəssüf olsun ki, digərləri bu mövzuya laqeyid yanaşır. Kimsə bizə dəstək olsa, bizim fəaliyyətimiz daha da böyüyəcək. Mən hər zaman qanuni olmasının tərəfindəyəm, amma qanuniləşməsindən də qorxuram. Bəzi dərnəklər gəlin bunu layihə halına gətirək dedilər. Lakin bildirdilər ki, dövlətdən alınan büdcənin yarısı onların olacaq. Razılaşmadıq. Ayrılan maliyyə vəsaiti qəpiyinə kimi bu fəaliyyət üçün istifadə olunacaqsa, razıyıq dedik. Hətta partiyalar da bu təklifi etdi, amma yenə razılaşmadıq. Çünki bu layihə Allah rizası üçündür.

Müsəlman dərnək və fondlara gəldikdə, bizə “niyə mövcuddurlar” sualını verdirtdirir. Bu fond və dərnəklər mənfəət üçün mövcuddur? Niyə bu sahədə yoxdurlar, fəaliyyət göstərmirlər? Təəssüflər olsun ki, bizi bu mövzuda uzaqlaşdırmağa çalışdılar. Küçədə, narkotik alüdəçiləri mövzusunda, meyhanələrdə, barlarda yoxsan. O zaman sən kimin üçün işləyirsən? Təbliğat deyirsən, amma müsəlman həyatı yaşayanlara təbliğat edirsən. Amma müsəlmanlar o bardakı insanlardan daha çox mühakimə edirlər. Meyhanələrdə insanlar üstümüzə içki tökürlər, amma biz onlara təşəkkür edirik. Həmin adamlar “necə ola bilər, sən dava etməkdənsə, bizə təşəkkür edirsən?” deyirlər. “Bizə xatırlatdığın üçün təşəkkür edirik. Biz sənin yanına gəlib hər şeyi başa salmalı idik” deyirik. Dolayısıyla müsəlman dərnəklərin bu məkanlara gəlməsi lazımdır. Bir-biriylə dalaşanlar düşmənlə savaşa bilməz. Amma biz bir-birimizlə dalaşırıq. Evlərdə söhbətlər edilir, amma faydasızdır. Sadəcə müzakirələr aparılır və çıxıb evlərinə gedirlər. Mən, əlhəmdülillah sonradan müsəlman oldum. Qurandan öyrəndim və müsəlman oldum. Və insanların insan olmadan müsəlman olduğunu gördüm. Biz meyhanələrdə çox qarşılaşdıq: adam içki düşkünüdür, amma Allahı məndən yaxşı müdafiə edir.

“İki nəfər dəli çıxıb təbliğat aparırlar” deyənlər də oldu…”

Müsəlmanlar arasından “iki nəfər dəli çıxıb təbliğat edir” deyənlər oldu. Hətta hocalardan biri bizə zəng edib “meyhanələrdə, barlarda Hz.Muhamməddən danışılarmı? Dəli olmayın!” dedi.

Heç kimi mühakimə etməyin, insanları dinləyin. Onları mühakimə etsəniz və dinləməsəniz düşmən qazanarsınız.

Davut Yatkın – Getdiyinimiz meyhanələrdə iki sualla qarşılaşırıq. Birincisi, “hansı məzhəbdənsən?” sualıdır. Biz hər hansı məzhəbə bağlı deyilik. Bizim məzhəbimiz də, təriqətimiz də Quran və sünnətdir.

İkincisi isə, “məzhəbə bağlı olmadan olarmı?” sualıdır? Yəni, bir sözlə, məzhəbin üzvü olsan da, olmasan da günahkarsan.

Bir işin olması üçün onun mütləq adının olması vacib deyil. Səmiyyət lazımdır. Bizim şüarımız budur: “zaman və məkan bizim üçün əhəmiyyətli deyil” Küçədə də danışa bilərik, dükanın bir küncündə də, idman salonunda da… Bunun qanuniləşməsinin əhəmiyyəti yoxdur, bu, addır, etiketdir. Odur ki, biz iki qardaş yola çıxmışıq və davam edirik. Getdiyimiz barlarda davamlı olaraq hər həftə dərslər keçirirk.

Ramazan Yatkın – Biz barlarda namaz və ibadətlərin rituallarından danışmırıq. İbadətlərin mənasını və məqsədini izah etməyə çalışırıq. Əlbəttə ki, ritual vacibdir. Belə bir deyim var: “İbadətləri ritual halına gətirmək xürafat, ritualı rədd etmək təkəbbürdür”. Rituallar barədə hər yerdən öyrənmək olar. Amma fikir verin, oğru, fırıldaqçı və əxlaqsızların əksəriyyəti namaz qılanlar çıxır. “Bu necə bir namaz qılmaqdır?” deyə sual vermək lazımdır.

-Bu fəaliyyətinizlə əlaqədar dövlətə, xüsusilə də gənclərə nə kimi çağırışınız var?

Bu kimi fəaliyyətlərə dəstək vermək dövlətin borcudur…

Ramazan Yatkın – İlk olaraq bu kimi işlər görən insanların təsbit edilib dəstəklənməsi dövlətin borcudur. Çünki bu insanlar insanlıq üçün çalışırlar. Bu tərzdə işləyənlərin hazırlanması üçün məktəblər açılmalıdır. İnsanlara haqq, hüquq, ədalət kimi fikirlər verməsək, həyatlarını necə dəyişdirəcəyik? Ürəkləri fəth etməyimiz lazımdır. Gənc olaraq İslam və Allah adına, insanlıq üçün görüləcək şeylər vardır.

Davut Yatkın – Ən aşağıda olan adamdan tutmuş ən yüksəkdə oturan insana qədər bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İnsanlara bircə-bircə təmas etmək və toxunmaq lazımdır. Bu yol daha təsirlidir. Bizə hər cür dəstək verənlərə hər zaman dəstəyik.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar