İkinci şansdan sonra Qətər yenə də tələbləri rədd etdi

İkinci şansdan sonra Qətər yenə də tələbləri rədd etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Ərəb “dördlüyü” Qətərin tələbləri rədd etdiyini təsdiq edib və Dohanın bu mövqeyi ilə əlaqədar təəssüfləndiyini bildirib.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir XİN rəhbərlərinin Qahirədə keçirdikləri iclasın yekunları üzrə qəbul olunan bəyanatda deyilir.

Bununla əlaqədar Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cubeyr bəyan edib ki, onun ölkəsi BƏƏ, Bəhreyn və Misir ilə birgə Qətərin siyasi və iqtisadi boykotunu davam etdirəcəklər, əlavə tədbirlər isə məsləhətləşmələrdən sonra qəbul olunacaq.

Danışıqların növbəti mərhələsini Manamada keçirmək qərarı alınıb. Görüşün vaxtı barədə məlumat verilmir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar