İkiyaşlı Zəhranın öldürülməsinə ATƏT xeyir-dua verib - Sensasion açıqlama

İkiyaşlı Zəhranın öldürülməsinə ATƏT xeyir-dua verib – Sensasion açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərə hücum etdi. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya yerləşdirilib.  Azərbaycan ordusu  atəşlə düşməni susdurub. 

Cəbhədə baş verənlərə aydınlıq gətirmək üçün hərbi ekspert Üzeyir Cəfərovla əlaqə saxladıq. 

Üzeyir Cəfərov- Hərbi ekspert

Ekspert A24.Az-a açıqlama verərək bildirdi ki, bu Ermənistanın iyrənc təxribatlarından biridir və ATƏT-in xeyir-duası ilə baş verib.  “İyulun 11-i Avstriyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin  görüşü planlaşdırılır və həmin görüşdə ATƏT-in MİNSK qrupunun həmsədrlərinin iştirakı  nəzərdə tutulub. Dünən  Füzulinin Alxanlı kəndində  Ermənistan tərəfindən mülki vətəndaşların ağır artilleriyadan və minaatanlardan  atəşə tutulması  növbəti  faşist və vandalizm hərəkətləridir.   Çünki ermənilər mülki vətəndaşların  yaşadıqları ərazini hədəfə alıblar və  atəş nəticəsində 18 aylıq körpə və nənəsi dünyasını dəyişib,  bir qadın yaralanıb. Hospitalda vəziyyəti ağırdır . Baş verənlər Ermənistanın ATƏT-in xeyir-duası ilə həyata keçirilən təxribatıdır.   Bu günləri ATƏT-in MİNSK qrupunun iki ölkənin rəhbərliyini bir araya gətirilməsi üçün  bəhanə lazımdır.  Kritik vəziyyət lazımdır və bu vəziyyəti də ATƏT-in xeyir-duası ilə həyata keçirib”.  

Azərbaycan tərəfi nə etməlidir?

Üzeyir Cəfərov birdirir ki, Azərbaycan tərəfi dərhal bu gün Amerikanın,  Fransanın və Rusiyanın Azərbaycandakı səfirliklərini  XİN-ə dəvət etməli və  bu ölkənin nümayəndələri ilə sərt şəkildə danışmalıdı. “Nə vaxtadək ATƏT bu mənasız danışıqları ilə  manitorinq keçiriəcək? Dünən  ATƏT monitorinq keçirir. Axşam isə Ermənistan Füzulidə mülki əhalini hədəfə alır.  Vəziyyətdən çıxmaq üçün  hiyləyə əl atırlar,  hansısa qondarma video yayıblar ki, bunlar bizim atəş nöqtəmizi susdurublar. Biz ermənilər kimi şərəfsiz deyilik ki,  qadın və uşaqları qabağa verək. Azərbaycanda kifayət qədər əsgər resursu var,  Azərbaycan ermənilərdən  fərqli olaraq səngərlərdə qadın və yaşlıları qoymur” .

Ü.Cəfərov ermənilərin yaydığı videoya münasibət bildirərək qeyd edib ki,  videodada guya atəş nöqtəmizi susdurublar.  “Ermənilər bilirlər ki, bunun cavabı amansız və sərt olacaq. Azərbaycan yaxın zamanlarda Erməsitanın işğalçı əsgərlərinin  bir neçəsini cəhənnəmə vasil edəcək.  Bunun tərəfdarıyam ki, Azərbaycan ATƏT xəttilə bütün danışıqlardan imtina etməlidir.   Çünki ATƏT-in MİNSK qrupunun həmsədrləri  birbaşa Ermənistanın maraqlarına xidmət edirlər.   Dünən baş vermiş hadisələrdən sonra hələ də səsləri çıxmır. Bir bəyanat yayıb,  işlərini bitmiş hesab edəcəklər.   Azərbaycan sərt danışmalıdır.  Qısa  müddət ərzində Azərbaycan torpaqlarından geri çəkilməyəcəyi təqdirdə  bütün qüvvəsini səfərbər edib,   torpaqlarını ölüm-itim də olsa azad etməlidir.

Azərbaycanlılar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni salınmış infrastruktura qayıtmalıdırlar.   Bunlar  dünənki təxribatla  döyüş bölgəsinə  yaxın ərazilərdə,  o cümlədən  Alxanlıda vətəndaşlar arasında xof yaratmaq niyyətindədirlər.   Bunun cavabı sərt və amansız olacaq”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar