A24 Xeber

İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
837 oxunma
29 Sentyabr 2018 - 21:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya başsağlığı məktubu göndərib.

A24.Az-ın AZƏRTACa istinadla verdiyi xəbərə görə, sənəddə deyilir:

“Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

ÇOX BAXILAN FOTOLAR