İlham Əliyev bu quruma 15 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev bu quruma 15 milyon manat ayırdı – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev fevralın 20-də “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 

Məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncamda bildirilir ki, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müvafiq dövlət proqramlarına uyğun olaraq, son illərdə bir sıra iri layihələr həyata keçirilib və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sosialyönümlü layihələrin gerçəkləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu aparılan islahatlar əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlib.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri kimi, əhalinin dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması üçün müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar