İlham Əliyev Cocuq Mərcanlıya getdi, düşmən seyr etdi - GÜNDƏM

İlham Əliyev Cocuq Mərcanlıya getdi, düşmən seyr etdi – GÜNDƏM
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

A24.Az  xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oktay Həziyevlə görüşüb.

“Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfərə gəlmişdi. Evimizdə qonaq oldu. Məni təltif etdiyinə görə, cənab Prezidentə dərindən təşəkkür edirəm. Hiss etmişdim ki, o belə bir addım atacaq. Ona ailəmiz adından öz təşəkkürümü bildirirəm. Çox sağ olsun. ” – O. Həziyev bildirib.

O. Həziyev mükafatın prezident tərəfindən şəxsən ona təqdim edildiyini əlavə edib.
Kənd sakini bildirib ki, dövlət başçısı Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, müvafiq tövsiyyələrini verib.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Oqtay Əbil oğlu Həziyevin I dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O. Həziyev doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə təltif edilib.

A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar