İlham Əliyev ilk dəfə açıqladı: Zəhraya görə, düşmənə sarsıdıcı zərbələr endirilib

İlham Əliyev ilk dəfə açıqladı: Zəhraya görə, düşmənə sarsıdıcı zərbələr endirilib
Want create site? Find Free WordPress Themes and plugins.

“Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir həbçimiz şəhid olub. Lakin ordumuz düşmənə layiqli cavab verib”

A24.Az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və nənəsinin qətlə yetirilməsi hərbi cinayətdir.

“Bu, Ermənistan siyasi rəhbərləyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdi. Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zəbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı. Bu hadisə ilə bağlı əlaqədar qurumlar fəal işlədi, səsimizi dünya ictimaiyyətinə çatdırdı. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb, olmayacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar