İlham Əliyev MDB Dövlət Başçıları Şurasında - FOTOLAR

İlham Əliyev MDB Dövlət Başçıları Şurasında – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.

A24.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon çıxış edərək, ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışıb. Bildirib ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində, demək olar ki, bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb.

Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevgündəlikdəki məsələlər barədə məlumat verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar