İlham Əliyev sərəncam imzaladı: Yeni Milli Park YARADILIR

İlham Əliyev sərəncam imzaladı: Yeni Milli Park YARADILIR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Qızılağac Milli Parkı 99060,0 hektar sahədə yaradılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.

A24.Az -ın məlumatına görə, sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanıb.

Sərəncamla Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar