İlham Əliyev taekvondoçumuz Radik İsayevə zəng edib

İlham Əliyev taekvondoçumuz Radik İsayevə zəng edib
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az” president.az saytına istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevə telefonla zəng edib.

Prezident İlham Əliyev bildirib ki, Radik İsayevin bu inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Dövlətimizin başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. Belə ki, o həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzu edib.

Dövlətimizin başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.

Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni Prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar