İlham Əliyevə sui-qəsd hazırlayanlar Ali Məhkəməyə müraciət etdi

İlham Əliyevə sui-qəsd hazırlayanlar Ali Məhkəməyə müraciət etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərləri barələrində olan hökmdən kassasiya şikayəti veriblər.

“A24.az” xəbər verir ki, APA-nın məlumatına görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib. Şikayət üzrə fevralın 25-də proses keçirilib. Növbəti məhkəmə prosesi isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar