İlham Əliyevin baş nazir planı: Artur Rəsi-zadə yola salınır və ...

İlham Əliyevin baş nazir planı: Artur Rəsi-zadə yola salınır və …
Want create site? Find Free WordPress Themes and plugins.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dəyişikliyə əsasən, prezidentin yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə Prezidentin Katibliyinin rəisi, prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Eyni zamanda, PA-nın 3 şöbəsi və 1 dövlət müşaviri postu ləğv edilib. Humanitar Siyasət Şöbəsinin müdiri Fatma Abdullazadə, İqtisadi Siyasət Şöbəsinin müdiri Mail Rəhimov və Müdafiə Məsələləri Şöbəsinin müdiri Məhərrəm Əliyev vəzifələrini itirib və bu xidmətlər ləğv edilib. Eyni zamanda prezident müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev də postlarını itirib.

Struktur islahatları növbəti mərhələdə Nazirlər Kabinetini əhatə edəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, baş nazir Artur Rəsi-zadə və onun 6 müavini istefaya göndəriləcək.

Mənbənin bildirdiyinə görə, baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları prezidentin köməkçilərinə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb: Yaqub Eyyubov- 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 82 yaşı var (1935).

Mənbə yeni baş nazirin adını da açıqlayıb: “Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov baş nazir təyin ediləcək. YAP elitasının təmsilçisi Ə.Əhmədov bu posta ən şanslı namizəddir. Birincisi, oliqarxiyanın siyasi hakimiyyətdən məsafədə saxlanılması siyasi hakimiyyətin prioritetlərinə daxildir. Eyni zamanda YAP elitasının hökumətə keçid tendensiyası artıq başlayıb. Bir qədər öncə YAP funksioneri Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olundu, ardınca Ə.Əhmədov baş nazirin müavini postuna təyinat aldı. Böyük siyasi və biznes ambisiyaları olmayan YAP funksionerlərinin hökumətdəki fəaliyyəti siyasi rəhbərliyi tam qane edir. İkincisi, oliqarxiyanın siyasi səhnədən sıxışdırılması fonunda YAP-ın onların əvəzləməsi də siyasi hakimiyyətin prioritetlərinə daxildir. Artıq kadr bankı qismində oliqarxiya və onların yaxın ətrafı yox, YAP funksionerləri çıxış edir. Üçüncüsü, birinci vitse-prezident təyinatından sonra əvəzedilməz 2-ci şəxs statusunu itirən 82 yaşlı A.Rəsi-zadə indiki sosial-iqtisadi reallıqlara qətiyyən uyğun gəlmir. Bundan sonra, sosial-iqtisadi sektorla bağlı qərarlar Prezidentinin Administrasiyasında qəbul ediləcək, qərarların cari və operativ icrasına isə baş nazir nəzarət etməlidir. Ə.Əhmədov bu kriteriyaya ən uyğun namizədlərdən biridir”.

Yada salaq ki, mayın 31-də Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. Ancaq parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyunda növbədənkənar iclas çağırılacağı bəlli oldu.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu CBC-yə müsahibəsində bildirib ki, növbədənkənar iclasının keçirilməsi gözlənilir. Çox güman, iyunda növbədənkənar iclasla olacaq. Bilirsiz ki, bir ayda minimum iki dəfə iclas keçirilir. İndi baxaq, nə qədər sənədlər qəbul olacaq, qanunvericilik təşəbbüs çərçivəsində nə qədər sənəd daxil olacaq. Sənədlərin həcmindən asılıdır ki, növbədənkənar sessiyda neçə iclas keçiriləcək”.

“Milli Məclisin növbədənkənar iclaslarının birində baş nazirin istefaya göndərilməsi və yeni baş nazirin təsdiqlənəcəyi gözlənilir. Baş nazir prezidentin təqdimatı ilə istefasını parlament təsdiqləməlidir. Eyni zamanda yeni baş nazir də prezidentin təqdimatı ilə MM-də təsdiqlənməlidir” – deyə mənbə vurğulayıb. (istiqlal.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar