İlhamə Quliyevanın oğlu indi bu vəziyyətdə yaşayır – Kirayə və...

İlhamə Quliyevanın oğlu indi bu vəziyyətdə yaşayır – Kirayə və…
Want create site? Find Free WordPress Themes and plugins.

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov evsiz qalıb.

“A24.az” bildirir ki, “Şou ATV” verilişinə qonaq olan mərhumun oğulluğu bildirib ki, hazırda kirayədə yaşayır: “Dünya malı dünyada qalır. Hələ heç kəs bu dünyadan özünə heç nə aparmayıb. Sultan Süleymana qalmayan dünya heç kəsin olmayacaq.

İlhamə xanım dünyadan köçən gecə mən morqa gedəndə gecə saat 1-2 olardı. Gedən getmişdi. Qayıdanda artıq əksər şeylər evdə yox idi. Ev adamla dolu idi. Qarışıqlıq idi. Mal-mülk hayında deyildim. Bilmədim kim nə götürüb.

Müəyyən müddətdən sonra insan əlin atır ki, nəsə götürsün. Baxır ki, yoxdu…

Son dəfə İlhamə xanımla telefonda o, rəhmətə getməmişdən əvvəlki gecə danışmışıq. Harada olduğumu soruşdu. Mən də dedim ki, şəhərdən kənardayam. Dedi, yaxşı, onda səhər görüşərik.

Dəqiq bilmədim ki, evə kim girib, kim çıxıb. Çünki qarışıqlıq idi. Seyfdə olanlar elə seyfdən də çıxdı. Qalan gündəlik istifadə etdiyi zinət əşyaları yoxa çıxmışdı.

Sürprizlər çox oldu. Ən böyük sürpriz isə hazırda kirayədə yaşamağımdır. Bu mövzudan artıq bezmişəm. Körpəlikdən onunla bir yerdə olmuşuq. Gözümü açanda onu görmüşdüm. Yəqin ki, özü istəyib götürmüşdü məni övladlığa. Özümü dərk edəndə artıq bilirdim övladlığa götürüldüyümü. Bu barədə heç kim deməmişdi. Evdəki vəziyyətdən özüm anlayırdım”.

teleqraf.com

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar