İlhamənin keçmiş köməkçisinin vəsatəti qəbul edilmədi

İlhamənin keçmiş köməkçisinin vəsatəti qəbul edilmədi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“A24.az” xəbər verir ki, Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev cinayət işinin əsassız olduğu üçün işə xitam verilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Proses avqustun 23-də davam edəcək.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar