"İlin ən yaxşı avtomobili" adına namizədlər açıqlandı - SİYAHI

“İlin ən yaxşı avtomobili” adına namizədlər açıqlandı – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

“World Car of The Year 2019” mükafatının təşkilatçıları nominantların siyahısını açıqlayıblar.

“Dünyada ilin ən yaxşı avtomobili” adına 35 maşın iddialıdır. Onlar arasında “Acura RDX”, “Audi A1”, “A6”, “Q3”, “BMW 3 Series”, “BMW X2”, “i8 Roadster”, “Dacia Duster”, “Ford Focus”, “Hyundai Santa Fe”, “Nexo”, “Infiniti QX50”, “Kia Ceed/Forte”, “Soul”, “Niro EV”, “Toyota Avalon”, “Corolla” və “RAV4” markaları var.

Siyahıda “Audi”dən 4 model, BMW, “Kia” və “Toyoto”dan 3, “Hyundai”, “Jeep”, “Jaguar”, “Lexus”, “Nissan” və “Volvo”dan isə 2 model var. “Acura”, “Cadillac”, “Citroen”, “Dacia”, “Ford”, “Honda”, “Infiniti”, “SEAT”, “Subaru” və “Suzuki” bir modellə təmsil olunur.

Ekspertlər “lüks” sinifli ən yaxşı maşını “Audi A7”, “Q8”, “BMW 8 Series”, “Mercedes-Benz GLE” və “Volkswagen Touareg” markalarının arasından seçəcəklər.

 Ən uğurlu “Şəhər modeli” adı uğrunda isə “Audi A1”, “BMW X2”, “Kia Soul”, “Seat Arona” və “Suzuki Jimmy” yarışacaq.

Bütün bu avtomobilləri 85 ekspert və avtomobil istehsalçısından ibarət münsiflər heyəti qiymətləndirəcək. Mükafatın təqdim olunma mərasimi 2019-cu ilin aprelində Nyu Yorkda keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə “World Car of The Year” mükafatına “Volvo XC60” markalı avtomobil layiq görülmüşdü.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar