İlin ən yaxşı mobil operatoru yoxsa analoqu olmayan yeni internet fırıldağı? - ANALİZ

İlin ən yaxşı mobil operatoru yoxsa analoqu olmayan yeni internet fırıldağı? – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

mtm-300x254-300x254-300x254Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət mobil operatorlarla bağlı fevral ayı üzrə məlumatları təqdim edir:

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1.235 xəbər yerləşdirilib. Bunlardan 87-si mənfi,111-i müsbət,1037-u isə neytral xəbərlərdir.

Mənfi xəbərlər operatorlar arasında belə bölünüb: BakCELL (37 xəbər-operatorun analoqu olmayan yeni internet fırıldağı), AzerCELL (25 xəbər – operator istehlakçıların hüquqlarını kobud şəkildə pozur), Nar Mobile (25 xəbər – şirkətin rəhbər vəzifələri arasında nələr baş verir?).

Müsbət xəbərlər operatorlar arasında belə bölünüb: AzerCELL (56 xəbər – sosial şəbəkələrdə liderliyini qoruyub saxlayır),BakCELL (55 xəbər-2015-ci ilin ən yaxşi mobilşəbəkəsi adına layiq görüldü).

Xəbər sayına görə sıralama:

AzerCELL                                                                            616 xəbər

BakCELL                                                                             524 xəbər

Nar Mobile                                                                          94 xəbər

NaxTel                                                                                  1 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 148 xəbər dərc edilib. Bu xəbərlərdən 131-i neytral, 17-si müsbət xəbərlərdir.

Müsbət xəbərlər operatorlar arasında belə bölünüb: BakCELL (9 xəbər – operator sosial şəbəkələrdəliderliyini qoruyub saxlayır), AzerCELL (8 xəbər – operator ən yaxşi mobil şəbəkəsi adına layiq görülüb).

Xəbər sayına görə sıralama:

AzerCELL                                                                            79 xəbər

BakCELL                                                                             62 xəbər

Nar Mobile                                                                         5 xəbər

NaxTel                                                                                 2 xəbər

Fevral ayında televiziya kanallarında mobil operatorlarla bağlı 6xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

AzerCELL                                                               3 xəbər

BakCELL                                                                3 xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar