İlin əvvəlindən doğuş zamanı 2 ana ölüb

İlin əvvəlindən doğuş zamanı 2 ana ölüb
Want create site? Find Free WordPress Themes and plugins.

2018-ci ilin əvvəlindən bu günə qədər 2 ana ölümü hadisəsi baş verib. 
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova A24.Az AsVision.Az-a istinadən bildirib ki, ana ölümlərindən biri Sumqayıt şəhər 2 saylı Doğum evində qeydə alınıb.

“Əslən Şəki şəhərindən olan hamilə qadın Günel Rəcəbova ürək-damar fəaliyyətinin çatışmazlığından həyatını itirib. Anadangəlmə ürək qüsuru olan qadının ilk hamiləliyi olub. 18 yaşında ailə həyatı qurduqdan sonra rayondan Sumqayıta köçüb. Bütün qohum-əqrəbası rayonda qalıb. Biz valideynlərinə müraciət edəndə, onlar öz qızları ilə son illər əlaqədə olmadıqlarını bildiriblər. Ona görə də əvvəldən xəstəliyini bilmək çətin olub. Yalnız hamilə qalandan və müəssisəyə müraciət edəndən sonra problem üzə çıxıb. Onun ürək qüsuruna preklamsiya qoşulduğu üçün doğuşayardım tibb müəssəsinə müraciət edib. Lakin gec mərhələdə gəldiyi üçün həkimlərin səylərinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ana ölsə də, uşağı xilas etmək mümkün olub”.

S.Məmmədova bildirib ki, ikinci ana ölümü Gəncə şəhərində “Yeni Gəncə” adlı özəl klinikada baş verib: “Nigar Nəsibova adlı qadının üçüncü hamiləliyi olub. Uşaq sağ qalıb. Həkim səhvi olduğu üçün onlar işdən azad olunublar. Hər iki ana ölümü Doğuşayardım Komissiyasında təhlil olunub, materiallar təhlil olunub və buna uyğun cəza tədbirləri görülüb. Müəyyən həkimlər işdən azad olunub, bəzi həkimlər şiddətli töhmət və xəbərdarlıq alıb. Yerli rəhbərlik bu istiqamətdə intizam tabe tədbirlərini görüb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar