İlk iş günü sizi yağışla qarşılaya bilər - HAVA PROQNOZU

İlk iş günü sizi yağışla qarşılaya bilər – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 12-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

“A24.az” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə

Müzakirə

A24.Az