Adətən, satışdan öncə lotların ictimai nümayişi olur. Potensial alıcılar və nadir incəsənətə dəyər verənlərə əsərlər fevralın 23-dən hərracın sonuna qədər nümayiş olunacaq. Hərracın ən bahalı lotu Salvador Dalinin “Keçid anı” əsəri sayılır. Əsər 1934-cü ildə işlənib.

Lotların arasında Rene Maqrittin “Səyahət suveniri”, Pol Delvonun “Suda qızlar” əsəri, Andre Massonun “Avtomatlar oteli” və Jan Arpanın “Bığ-kişi” əsəri də var. Bundan başqa, hərracda avstriyalı rəssam Qustav Klimptin nadir işi satılacaq. Rəsm əsərinin ilkin qiyməti 45 milyon dollardır. Əsər ilk dəfə olaraq 1908-ci ildə Vyanada təqdim olunub. O zamanlar ictimaiyyət əsəri növbəti sensasiya kimi qəbul etmişdi.

Qustav Klimt, "Qızıl dövr" əsəri
Qustav Klimt, “Qızıl dövr” əsəri