ilyaz

İlyas Tapdıq vəfat etdi

Dekabrın 25-də tanınmış şair, naşir, maarifpərvər ziyalı, Prezident təqaüdçüsü İlyas Tapdıq 82 yaşında vəfat edib.

A24.Az xəbər verir ki, 1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”də redaktor, “Azərnəşr”də redaktor, böyük redaktor, “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib.

İ.Tapdıq 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR