İmamı məsciddə qadınla tutdular: "Təmizlik edirdik, çox yorulduq..."

İmamı məsciddə qadınla tutdular: “Təmizlik edirdik, çox yorulduq…”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Manisa bölgəsində çalışan imam Əyyub Ö-nün məsciddə Suriyalı bir qadınla tutulduğu iddia edilib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, şikayət üzərinə gələn polisləri 40 dəqiqə qapıda saxladan imamın daha sonra saxlanıldığı bildirilib.

Manisa Müftisi Sinan Dünya hadisə haqqında təhqiqat başlanıldığını söyləyib. Manisa Manşet qəzetində yer alan iddiaya görə, Salihlidə imamlıq edən Əyyub Ö. zöhr namazını qıldırdıqdan və camaatın getməsindən sonra Suriyalı bir qadını məscidə gətirib. Vəziyyətin nə olduğunu anlayan insanlardan bir neçə nəfər dərhal polis çağırıb. Camaatın məscid ətrafında toplaşmasından sonra 5 avtomobil və 3 motosikletli polis qrupu əraziyə gəlib. Məscidi açarla kilidləyən imam 40 dəqiqə ərzində polislərə qapını açmayıb. Polisin israrından sonra əvvəl suriyalı, daha sonra isə imam Əyyub Ö. qapını açaraq məsciddən çıxıb.

Suriyalı qadın “təmizlik edirdik, çox yorulduq” desə də, imamın narahat halı gözlərdən qaçmayıb. Hadisədən sonra polis idarəsinə aparılan imam və qadından izahat alınıb və sərbəst buraxılıblar. İmamın daha əvvəl də yardım bəhanəsi ilə bir neçə dəfə suriyalı qadının evinə getdiyi bildirilib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar