İmişlidə minik avtomobilləri toqquşdu: Yaralılar var

İmişlidə minik avtomobilləri toqquşdu: Yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

İmişli rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəfərli yolu adlanan ərazidə qeydə alınıb.

Belə ki, iki “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində rayon sakinləri – 37 yaşlı Şaiq Mehdixan oğlu Əhədov, 26 yaşlı Azad Faiq oğlu Beydullayev, 26 yaşlı Ramil Rahil oğlu Mənsimov və 22 yaşlı Dünyamin Camal oğlu Rəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar